Tərcüməçi

Baxış sayı

8/11/2016

Bir cavanın dəftəri - Yusif Vəzir Çəmənzəminli (kitabdan qeydlər)

(Səhifə 6): ... Köhnə insanları yeniləşdirmək mümkün deyil, ancaq uşaqları yeni sistemlə böyütmək lazımdır:
     "Elə eləməli ki, övladlarını üsullu milli məktəbə göndərsinlər. Vəssalam. Yoxsa yüz min vəz eyləsən, Kərbəlayı Əsəd dönüb avropalı olmayacaq. Köhnə adamları təzələmək həm o adamlara ziyandır, həm millətə".

(Səhifə 11): Siyasətin əsas hədəfinin yalnız fayda götürmək olduğunu bildirən Yusif Vəzir, din ilə siyasətin bir arada olmasının qeyri-mümkün olduğunu bildirir.

8/10/2016

Xatirələrim - Ömər Faiq Nemanzadə (kitabdan qeydlər)

(Səhifə 9): ... Azqurda məktəb açmaq istəyinə razılıq verilmədiyinə görə Tiflisə gedir, lakin orada da iş tapa bilmədiyinə görə 1894-cü ildə Şəkiyə yollanır. Şəkidə o, böyük sürprizlə qarşılaşır. Çünki Şəki sakinləri Qafqazda ilk dəfə olaraq üsuli-cədid üzrə nizamlı bir türk məktəbi açmışdılar.
     ...
     Bu məktəbi sünni müsəlmanlar açdığına görə, şiə uşaqları az gəlirdi, ona görə də sünnilərdən ayrı yaşayan şiələr də tezliklə öz məktəblərini açırlar, Qorini bitirmiş Təhmasib adlı müəllimi məktəbə dəvət edirlər.