Tərcüməçi

Baxış sayı

7/26/2017

The Lost Literature of Sosialism - George Watson (kitabdan qeydlər)

Who, after all, has read H.G. Wells’s Anticipations of 1902, which in its last pages calls on a socialist utopia to destroy the ‘grey confusion’ of democracy through a world state governed by a self-appointed white elite that would purify mankind by exterminating the dark races? Wells’s aim was efficiency, in a tradition of socialist genocide and white-supremacy doctrines spanning two centuries; as Michael Coren implied in The Invisible Man in 1903, he was part of a long tradition. ‘The world is a world, not a charitable institution’, Wells wrote grimly in his concluding pages, demanding genocide. When Hitler called his movement National Socialism the title was widely condemned by German socialist parties as a deceitful manoeuvre secretly inspired by high finance, but its racial policies, for good reason, were not seen as unsocialist. The real objection to communist ideas, Hitler once told a confidant, is that ‘basically they are not socialist’, since they create mere herds without individual life.

7/20/2017

Ey ata, ey ana, biz günahkarıq! (kitabdan qeydlər)

Avropadan qayıdan şəxs əgər sosioloq və ya psixoloq, yaxud filosof və ya tərcüməçidirsə, bir modernist, mütərəqqi və inqilabçı ziyalı kimi özünün elmi şəxsiyyətlərinin qorunub saxlanılması və modernist ziyalıları onun elmi dəyərləri və ictimai şəxsiyyətini qorumağa borclu bilməyə sövq etmək üçün nə etmək lazım olduğunu çox yaxşı bilir. O bilir ki, əgər Jan-Pol Sartrın, yaxud Brextin və əsrimizin bu kimi ziyalılıq simalarından birinin bir müsahibəsini tərcümə etsə, cəmiyyət arasında həmişəlik olaraq beynəlxalq sima və mütərəqqi ziyalı kimi yadda qalacaq. Lakin həmin şəxs gəlib din mövzusunda bir əsər çap etdirsə, bu onun bədbəxtliyinin başlanğıcı olacaq. Dini və ənənəvi çevrə onun kitabını, ümumiyyətlə, dini bir kitab kimi qəbul edə bilməyəcək. Kitabı oxunmadan, sözü dinlənilmədən, özünü heç kəs tanımadan, küfr və faqislik kimi ittihamlara məruz qalacaq.

7/15/2017

Dirilik nədir? - Yenisey Bilik Evi (kitabdan qeydlər)

Həsən bəy Zərdabi

Səh. 10-11: “Biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq: Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya və qeyri qul deyil? Və buna səbəb bizim ata, baba adətləridir. Nə qədər böylə olsa biz tərəqqi etməyəcəyik və edə bilmərik”.

Səh. 14-15: “Həqiqət, bizlərdə oğul atanın quludur. Məlumdur ki, bizlərdə oğul atanın hüzurunda oturmaq, xörək yemək, danışmaq və qeyri eyibdir. Ondan masəva, oğul atadan izinsiz nə ki, iş görə bilməz, hətta evlənə də bilməz. Xülasə, ata oğulu bir şey kimi, məsələn, eşşək kimi, özünə təəlluq hesab edib hər nə öz xahişidir, ona əməl elədir və dəxi bunu fikr etmir ki, gələcəkdə bu da adam olub qəyyumsuz iş görəcək. Belədə uşaq nə ki, qeyrilərin, hətta özünün ixtiyar və borclarından bixəbər olduğuna görə atası kimi özündən güclülərin qabağında iki qat oluban, özündən zəifləri adam hesab etməməyə adət edir.
Xülasə, nə qədər qabiliyyətli uşaq olsa, bizim adətlər ilə təlimdən ondan insan ola bilməz. Biz övladın yağısı olub, onun axırına çıxıb insaniyyətlikdən uzaq edirik. Bunu oxuyan belə qiyas etməsin ki, biz deyirik uşaq atanın sözünə baxmayıb, o buyurduğuna əməl etməsin. Bu halda ki, bizim malımızın və qeyri düşməni artıb, uşağı dəxi bərk saxlamaq gərək ki, düşmənlərimizin ləzzətli görünən adətlərinə öyrənməsinlər. Pəs biz deyirik ki, yumruq, sillə ortalıqdan çıxsın. Uşaq ilə adamyana rəftar olunsun ki, özü yaxşını yamandan dərk edib, bəd əmələ mürtəkib olmasın. Qardaşlar, hökumət ya dövlət və qeyri ilə adam insan olmaz. Hər kəs öz vücudunun qədrini bilib insaniyyət ixtiyar və borclarını əda etmək ilə insan olur. Belədə əvvəl gərək insan olub sonra dövlət və qeyri axtarmaq.