Səh. 16: “Bilirsənmi
ağacı su biyə batırmır? Çünki öz yetirməsini boğmaqdan utanır”.
Səh. 18: “Söylə sənmi
xor baxırsan mənim şeir dilimə?
Qoca Şərqin şöhrətidir
Füzulinin qəzəli.
Sənmi “türkəxər”
deyirsən ulusuma, elimə?
Dahilərə süd
vermişdir Azərbaycan gözəli...
Qoca Şərqin şöhrətidir
Füzulinin qəzəli. (S. Vurğun)”
Səh. 30: “Tərsəm nərəsi
be kəbe, ey ərabi
İn rəh ki, to mirəvi
be Türküsran əst. (Ey ərəb, qorxuram Kəbəyə gedib çatmayasan. Çünki sənin
getdiyin yol Türküstana aparır)”.
Səh. 36: “Məşhur
yazıçı və Səmədin sədaqətli qələm dostu Cəlal Al-Əhmədin yazdığı kimi Şahın,
Şahbanunun və Vəliəhdin şəkillərinin tərtib etdiyi əlifba kitabının ilk səhifələrində
çap olunmasına razılıq verməyən bir adamın dərbar və onun qabdibi yalanları tərəfindən
rahat buraxılacağına inanmaq nadanlıq olardı. Hadisələrin gedişi bu rəydə
olanların fikirlərini təsdiq etdi.
Səh. 39: “...Səməd dəruni
inam və alim qətiyyəti ilə yazırdı:
“Əllamə Dehxudanın
Nizamidən götürüb öz kitabına salmış olduğu nümunələrin hamısı Azərbaycan
atalar sözü və məsəlləridir, Nizmai onları farsca tərcümə edib öz şeirlərində
istifadə etmişdir”.
Səh. 43: “O zamanın fəal
və çəkili Türkiyə tənqidçilərindən olan Ömər Ozqan “Balaca Qara Balıq” hekayəsini
uşaq ədəbiyyatının ən görkəmli nümunəsi adlandırırdı. O, bu nadir nəsr nümunəsini
təkcə bədii əsər deyil, bəşəri təfəkkürün, bir insanı dünyabaxışının son dərəcə
sadə və anlaşıqlı dildə ifadəsi hesab edirdi”.
Səh. 45: “...Səməd
Behrəngi o mütəfəkkir yazıçılardan idi ki, son 39 ildə İran ədəbiyyatı ona
oxşar başqasını görməmişdir. Bu yaradıcılığın və ona məxsus olan məntiqin köklərini
Azərbaycanın zəngin şifahi xalq ədəbiyyatının qaynaqlarında axtmarmaq
lazımdır”.
Səh. 46: “Balaca Qara
Balıq” 1969-cu ildə İtaliyanın Balonya şəhərində keçirilən uşaq kitabları
müsabiqəsində birinci yer tutaraq Qızıl Medala layiq görülmüşdü. İtalyan,
fransız, ingilis, türk dillərində tərcümə olundu”.
Səh. 52: “1980-ci ildə
Türkiyədə generalların məşhur qiyamından sonra rejimə qarşı müxalifətə qalxan
cavanların əksəriyyətinin evlərindən Səmədin kitabları tapılmış və ölkədə Səmədin
əsərlərinin nəşri qadağan edilmişdir”.
Səh. 68: “- Sahibəli!
-
Hə,
de.
-
Deyirəm
birdəən bu bağban basdırdığımız ağacı tapar, ha?
-
Tapsa
nə olar ki? – deyə Sahibəli cavab verdi.
Polad heç nə demədi.
Sahibəli yenə sözünə
davam etdi:
-
Tapsa
da bir qələt eliyə bilməz. Ağacı özümüz əkib becərmişik, meyvəsi də
özümüzündür.
Fikrə getmiş Polad
dilləndi:
-
Torpaq
ki, bizim deyil?!
-
Yenə
də heç bir qələt eliyə bilməz. Torpaq əkənindir. Ağac əkdiyimiz bu bir tikə yer
bizimkidir”.
Səh. 75: “Bizim
xalqımız qəhrəman xalqdır. Əgər indi İran hökuməti varsa onu icad eyləyən Azərbaycanın
Qızılbaş Ordusu olmuşdur... Azərbaycan böyük bir qüdrətdir, fəqət ona təkan
vermək lazımdır” (S. C. Pişəvəri)”.
Səh. 83: “Ədibin öz
qardaşına verdiyi cavab çox düşündürücüdür:
“Yox, mən Fərhadlara
nifrət edirəm. Nifrətim əbədi, həmişəlik deyil. Hər halda nə qədər ki, bu vəziyyətdəyik
onun kimilərdən zəhləm gedir. Boşla getsin! Öpüşlərin, aşiqanə qəzəllərin vaxtı
deyil. İranın Fərhadlara yox, Kavələrə ehtiyacı var, özü də necə ehtiyac!...
Oğlunun adını Kavə qoy, böyüyüb özü Kavə kimi olmasa da, qoy heç olmasa adını
yaşatsın. Qoy dil açanda səndən soruşsun ki, Kavə kimdir? O vaxt əlinə fürsət
düşər onun qəlbinin qapısını cəsarət və saflıq açarı ilə insanpərvərlik nuru gələn
tərəfə aça bilərsən”,
Səh. 91: “Xalqımızın ədəbi-bədii
salnaməsinə - M. Ə. Sabir Məşrutə hərəkatına bir ordu qədər xidmət etmişdir –
sözlərini tarix öz əli ilə yazmışdır”.
Səh. 92: “Səmədin
aşağıdakı sətirlərində əksini tapmış məntiqin kəskinliyinə və həqiqət carçısı
olmasına diqqət edildikdə o bizi çox ağır çəkili həqiqətlərin sorağına aparıb
çatdırır:
“Meydandan çıxarılmış
azadxahlar və mübarizlər tarixin naməlum adamlarına qarışdırıldılar, fürsəttələblər
və tavussüfətlər qaldılar Məşrutiyyətin dövlət xadimləri və qiymətli alimləri
oldular”.
Səh. 106: “Səməd
xalqımızın həyatında ciddi problemlər doğuran erməni-müsəlman qarşıdurması barədə
olduqca müasir səslənən mülahizələr irəli sürürdü. O, yazırdı:
“Erməni-müsəlman
davasında minlərlə günahsız iranlı tacir və fəhlənin öldürülməsi, İran dövlətinin
bu hadisəyə etinasızlığı hamıdan çox xalqa təsir etdi və dillərə düşdü. Bu iş
eyni zamanda Qacar dövlətinin nə dərəcədə zəif və etinasız olduğunu nümayiş etdirdi.
Halbuki həmin dövrdə Urmu-Təbriz yolunda öldürülmüş bir nəfər ingilis hərbi
qulluqçusunun qan bahası olaraq İngiltərə İran dövlətindən 50 min tümən pul
almışdı”.
Səh. 126: “Araz üstə
buz üstə,
Kabab yanar köz üstə.
Səmədi öldürdülər –
Danışdığı söz üstə!
Dağlar başın qar
aldı,
Gün batdı, qaş
qaraldı.
Səməd gəlib çıxmadı.
Görəsən harda qaldı?”
Hiç yorum yok:
Yorum Gönder